İngilis mətbuatı Nanini "topa tutdu"

İngilis mətbuatı Nanini "topa tutdu"

"Qalatasaray"la keçirilən qarşılaşmada, portuqaliyalı Luiş Naninin İstanbul klubunun qapısına təyin olunan penaltini yerinə yetirə bilməməsi, ingilis mətbuatının müzakirə predmetinə çevrilib. Siasport.az saytı xəbər verir ki, ingilis mətbuatı, "Niyə penaltini Van Persi deyil, məhz L.Nani yerinə yetirdi?" sualı ilə baş məşqçi Aleks Fergusyona müraciət ediblər. Şotlandiyalının cavabı isə çox maraqlı olub: "Heç özüm də bilmədim ki, necə oldu ki penaltini Nani vurdu. Bir də baxdım ki, topun arxasında Nanidir." İngilis mətbuatı yazır ki, A.Fergusyonun bu açıqlaması artıq onun "kələfin ucunu itirdiyini" göstərir..

Bütün xəbərlər Facebook səhifəmizdə