Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Santyaqo Bernabeu"da "Mançester Siti" ilə keçirilən kritik qarşılaşmada, Ronaldonun vurduğu qoldan sonra sevincindən akrobotik hərəkətlər edən "Real"ın baş məşqçisi Joze Maurinyo, ciddi tənqid hədəfinə çevrilib. Siasport.az saytı xəbər verir ki, İspaniyada onun qol sevincini bir çox futbol yazarları sərt tənqid etməkdədirlər. "Barselona"nın keçmiş vitse-prezidenti İspaniya mətbuatına verdiyi açıqlamada bildirib ki, portuqaliyalı mütəxəssisin qol sevinci olduqca şişirdici görünürdü. J.Maurinyonu psixi problemli adam kimi təqdim edən keçmiş "Barselona" rəsmisi, onun anormal düşüncə sahibi olmaqda ittiham edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB