Aleks Fergusyon "Qalatasaray"ın 2 futbolçusuna "elçi düşüb"

Aleks Fergusyon "Qalatasaray"ın 2 futbolçusuna "elçi düşüb"

Dünən axşam UEFA Çempionlar Liqasının qrup mərhələsində "Old Trafford"da "Mançester Yunayted"lə qarşılaşmadan məğlub ayrılan "Qalatasaray", məğlubiyyətə baxmayaraq əzmkar oyunu ilə diqqət mərkəzinə düşüb. Siasport.az saytı xəbər verir ki, adlı-sanlı rəqibi ilə oyunda "qalatasaray"lı futbolçuların əzmkar oyunu, elə "Mançester Yunayted"li menecerləri və baş məşqçi Aleks Fergusyonu da heyran edib. Türkiyənin "Milliyet" qəzeti yazır ki, qarşılaşmadan sonra "Qalatasaray"ın vitse-prezidenti Ali Dürüstə yaxınlaşan "qırmızı şeytanların" menecerləri, şotlandiyalı baş məşqçinin Semih Kaya və qapıçı Fernando Musleranı çox bəyəndiyini və onları sərəncamında görmək istədiyini bildiriblər. Hər iki futbolçunun transfer qiymətləri ilə maraqlanan menecrlər, A.Dürüstən rədd cavabı alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə