Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Siasport.az saytının məlumatına görə, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 11-ci qrupunda keçiriləcək oyunlarda Asim Xudiyev hakimlərin idarəçiliyinə qiymət verəcək. Bu qrupun oyunları sentyabrın 24-dən oktyabrın 1-dək Çexiyada təşkil olunacaq. Növbəti mərhələyə vəsiqə uğrunda Rusiya, Danimarka, Monteneqro və Çexiya yığmaları mübarizə aparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB