Çempionlar Liqasında ilk turun oyunlarına yekun vurulub. Siasport.az saytının məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma baş tutub. Bu dəfə E, F, G və H qruplarında yer alan klublar meydana çıxıb. Ən maraqlı qarşılaşma, heç şübhəsiz ki, "Old Trafford" stadionunda baş tutub. Burada yerli "Mançester Yunayted" klubu, İstanbulun "Qalatasaray" komandasını qəbul edib. Olduqca maraqlı və dramatik keçən qarşılaşmada, "Mançester Yunayted" rəqibini 1:0 hesabı ilə məğlub edib. Qarşılaşmada Luiş Nani, təyin olunan penaltini yerinə yetirə bilməyib. Bundan başqa, İspaniyanın "Barselona" futbol klubu, "Nou Kamp"da Moskva "Spartak"ını qəbul edib. Maraqlıdır ki, Moskvalılar "Nou Kamp"da özlərini heç də qonaq kimi aparmayıblar və dünyanın bir nömrəli komandası sayılan barçaya çətin anlar yaşadıblar. Lakin Messinin vurduğu 2 qol sayəsində "Barselona" qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb. İngiltərənin "Çelsi" klubu isə öz meydanında İtaliya "Yuventus"u ilə 2:2 hesablı nəticəyə razılaşıb.
Oyunların nəticələrini nəzərinizə çatdırırıq:
Çempionlar Liqası
Qrup mərhələsi
I tur, 18 sentyabr
E qrupu
23.45 Çelsi (İngiltərə) – Yuventus (İtaliya) 2:2
Qollar: Oskar, 31; 33 – Artur Vidal, 38. Fabio Quagliarella, 81.
23.45 Şaxtyor (Ukrayna) – "Nordsyelland" (Danimarka) 2:0
Qollar: Henrik Mkitaryan, 44; 76.
F qrupu
23.45 Bavariya (Almaniya) – Valensiya (İspaniya) 2:1
Qollar: Bastian Şvaynşteyger, 38. Toni Kroos, 76 – Nelson Valdez, 90+1.
23.45 Lill (Fransa) – BATE (Belarus) 1:3
Qollar: Aurelien Бedнou, 60 - Aleksandr Volodko, 6. Vitali Rodionov, 20. Edgar Olexnoviç, 43.
G qrupu
23.45 Barselona (İspaniya) – Spartak (Moskva, Rusiya) 3:2
Qollar: Kristian Tello, 14. Lionel Messi, 72; 80 – Dani Alves, 29. Ramulo, 59.
23.45 Seltik (Şotlandiya) – Benfika (Portuqaliya) 0:0
H qrupu
23.45 Mançester Yunayted (İngiltərə) – Qalatasaray (Türkiyə) 1:0
Qol: Mixael Karrik, 7.
23.45 Braqa (Portuqaliya) – ÇFR (Rumıniya) 0:2
Qollar: Rafael Bastos, 19; 34.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB