Ölkəmizdə keçiriləcək FIFA U-17 qadınlararası dünya çempionatının iştirakçılarının Azərbaycana gəlişi davam edir. Siasport.az saytının məlumatına görə, artıq U-17 qadınlardan ibarət Qana və Yeni Zelandiya milli komandaları da ölkəmizə təşrif buyurub. Onları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qız qarşılama ənənəsinə sadiq qalaraq onları salamlayıb, gül dəstələri təqdim edib və qonaqpərvərliyini nümayiş etdirib. Daha sonra qrup şəkli çəkdirən komandaların heyəti kiçik fotosessiyanın ardından qalacaqları otellərə yola düşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB