Fransanın "PSJ" futbol klubunun italyan baş məşqçisi Karlos Ancelotti, şok açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Kiyev "Dinamo"sunu 4:1 hesablı darmadağın etdikdən sonra jurnalistlərin suallarını cavablandıran K.Ancelotti bildirib ki, fransız azarkeşlərin Çempionlar Liqasını qazanmağla bağlı səsləndirdikləri şüarlar onu təəcübləndirir. O komandasını bu turnirdə favorit kimi görmədiyini dilə gətirib: "Bu, sadəcə qrupun ilk qarşılaşması oldu. Hələ bizi qarşıda 5 ağır oyun gözləyir. Hədəfimiz qrupdan çıxmaqdır. Amma buna nail olmaq üçün hələ çox iş görməliyik"-deyə təcrübəli futbol mütəxəssisi fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB