"Fənərbaxça" sabah Avropada 173-cü duelinə çıxacaq

"Fənərbaxça" sabah Avropada 173-cü duelinə çıxacaq

Türkiyənin "Fənərbaxça" futbol klubu, sabah UEFA Avropa Liqasında Fransanın "Olimpik" klubunu qəbul edəcək. Siasport.az saytı xəbər verir ki, Marsel təmsilçisi ilə qarşılaşma, İstanbul klubunun avrokuboklarda 173-cü oyunu olacaq. Belə ki, Avropa Kuboklarında bu günə qədər oynadığı 172 qarşılaşmada 58 dəfə qalib gələn "sarı lacivərtlilər", 32 dəfə meydanı bərabərliklə tərk ediblər. İstanbul təmsilçisi eyni zamanda 82 dəfə avrokuboklarda meydanı məğlubiyyətlə tərk edib. "Fənərbaxça", avropalı rəqiblərinin qapısından 215 top keçirsə də, öz qapısında 275 dəfə qol görüb.

Bütün xəbərlər Facebook səhifəmizdə