İbrahimoviç Çempionlar Liqasında yeni rekord qazandı!

İbrahimoviç Çempionlar Liqasında yeni rekord qazandı!

Dünən axşam keçirilən "PSJ" -"Dinamo" qarşılaşması, təkcə meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yadda qalmayıb. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmanın 19-cu dəqiqəsində kiyevlilərin qapısına qol vuran isveçli Zlatan İbrahimoviç, həm də UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib. Məsələ burasındadır ki, isveçli futbol ulduzu, bu qol sayəsində UEFA Çempionlar Liqasının tarixində 6 ayr-ayrı komandanın heyətində çıxış edərək qol vuran yeganə ilk futbolçu kimi tarixə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə