Ronaldo ingilisləri "sındırdı" !

Dünən axşam UEFA Çempionlar Liqasında qrup oyunlarına start verilib. Siasport.az saytı xəbər verir ki, qrup mərhələsinin ilk qarşılaşmalarında olduqca maraqlı nəticələr və bir sıra gərgin oyunlar qeydə alınıb. Gecənin ən maraqlı qarşılaşması, "Santyaqo Bernabeo" stadionunda baş tutub. Belə ki, burada yerli "Real", son İngiltərə çempionu "Mançester Siti"ni qəbul edib. Olduqca gərgin və dramatik futbol mübarizəsində keçən qarşılaşma, kral klubunun 3:2 hesablı qəıəbəsi ilə sona çatıb. İtaliya "Milan"ı isə öz meydanında Belçika "Anderlext"inin müqavimətini qıra bilməyib. Rusiya "Zenit"i isə səfərdə "Malaqa" qarşısında 0:3 hesabı ilə darmadağın olub. Son Almaniya çempionu olan "Borrusiya" öz meydanında Hollandiya "Ayaks"ına 1:0 hesabı ilə qalib gəlib. London "Arsenal"ı isə səfərdə Fransa çempionu "Monpelye"ni 2:1 hesabı ilə üstələyib.

A qrupu

23:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Porto" (Portuqaliya) - 0:2
Qollar: Qonzales, 41 (0:1), Defour, 90 (0:2)

23:45. PSJ (Fransa) - "Dinamo" (Kiyev, Ukrayna) - 4:1
Qollar: İbrahimoviç, 19-pen (1:0), Silva, 30 (2:0), Aleks, 32 (3:0), Veloso, 87 (3:1), Pastore, 90 (4:1)



B qrupu

23:45. "Monpelye" (Fransa) - "Arsenal" (İngiltərə) - 1:2
Qollar: Berhanda, 9-pen (1:0), Podolski, 16 (1:1), Cervinyo, 18 (1:2)

23:45. "Olimpiakos" (Yunanıstan) - "Şalke" (Almaniya) - 1:2
Qollar: Hövedes, 41 (0:1), Abdoun, 58 (1:1), Huntelar, 59 (1:2)

C qrupu

23:45. "Milan" (İtaliya) - "Anderlext" (Belçika) - 0:0

23:45. "Malaqa" (İspaniya) - "Zenit" (Peterburq, Rusiya) - 3:0
Qollar: İsko, 3 (1:0), 76 (3:0), Saviola, 13 (2:0)

D qrupu

23:45. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Hollandiya) - 1:0
Qol: Levandovski, 87 (1:0)

23:45. "Real" (Madrid, İspaniya) - "Mançester Siti" (İngiltərə) - 3:2
Qollar: Ceko, 69 (0:1), Marselo, 76 (1:1), Kolarov, 85 (1:2), Benzema, 86 (2:2), Ronaldo, 90+1 (3:2)


Bütün xəbərlər Facebook səhifəmizdə