“Xəzər Lənkəran”ın heyətində yunan futbolçu

“Xəzər Lənkəran”ın heyətində yunan futbolçu

Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" ilə oyunu 3 futbolçunun "Xəzər Lənkəran"da debüt etməsi ilə əlamətdar olub. Siasport.az saytının məlumatına görə, braziliyalı futbolçular Andre Roberto Soares da Silva (Beto), Vanderson Skarduelli, həmçinin yunanıstanlı Dimitrios Sialmas ilk dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb. Bu oyunçuların hər 3-ü qarşılaşmanın ikinci yarısında "Böyük oyun"a daxil olub. Əvvəl Beto, ardınca Sialmas meydana çıxıb ki, sonuncu klub tarixinə 150-ci futbolçu kimi düşüb. Matçın sonlarında daha bir braziliyalının debüt etməsi ilə bu rəqəm 151-ə çatıb.

Qeyd edək ki, onlardan 59-u azərbaycanlı, 92-si legionerdir. Bu matçadək 89 legionerə güvənən "Xəzər Lənkəran"ın 90-cı əcnəbisi "Beto" olub. O və həmyerlisi komandada oynamış braziliyalıların ümumi sayını 12-yə çatdırıb. Dimitrios isə "Xəzər Lənkəran"ın ilk yunanıstanlısı oldu. Bunadək 32 ölkədən olan oyunçular komandada çıxış etmişdi. Yunanıstan bu siyahıya 33-cü ölkə kimi düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə