Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin tədbirlər planına müvafiq olaraq Qaradağ Təlim-İdman Bazasında reqbi üzrə Bakı şəhər açıq çempionatı keçirilib. Siasport.az saytının məlumatına görə, yarışda "Fortuna" (Sumqayıt), "Bakı", "Neftçi-1", "Neftçi-2", 1 №-li uşaq evi, 3 №-li uşaq evi, 4 №-li uşaq evi, 5 №-li uşaq evi, 6 №-li uşaq evini təmsil edən 200 nəfərə yaxın idmançı iştirak edib.
Məlumat üçün bildirək ki, gərgin keçən mübarizələrdən sonra, "Bakı" komandası bütün rəqiblərinə qalib gələrək I yerə layiq görülüb. Yarışda 1№-li uşaq evinin komandası II yerə və 3 №-li uşaq evinin komandası III yerə çıxıb.
Qeyd edək ki, yarışda I, II və III yerləri tutan idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB