Dünya futbolunun ulduzları "Bakı"nın bazasında olublar

Dünya futbolunun ulduzları "Bakı"nın bazasında olublar

"Lans" futbol klubun prezidenti Lyuk Dayan, dünya futbolunun ulduzları Jan-Pyer Popen, Olivye Dakur və Erik Bruno "Bakı" futbol klubunun təlim-məşq bazasını ziyarət ediblər.

Siasport.az saytının məlumatına görə, klubun qonaqları qadın komandalar üzrə dünya çempionatında iştirak edən heyətlərin məşqlər keçirdiyi meydançalarla yaxından tanış olublar. Həmçinin qonaqlar yeni tikilən meydança, futbol akademiyası, ümummilli lider Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş muzey kompleksi və media-mərkəzini də ziyarət ediblər.

Əcnəbi həmkarlar "Bakı"nın U-17 komandasının məşq prossesini də izləyiblər.

Qeyd edək ki, məşqi izləyərkən qonaqlar komandanın bir neçə oyunçularına yüksək qiymət veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə