Slovakiyanın Koşitse şəhərində yeniyetmələr arasında dünya çempionatına start verilib. Siasport.az saytının məlumatına görə, milli komandamızın iki üzvü bu turnirdə mübarizəyə qoşulacaqdı. Valeh Baxşəlizadənin son anda yarışda iştirak etməyəcəyi məlum olub. Rüstəm İmanzadə isə 50 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Rüstəm birdən qaldırmada ilk cəhdində 78 kq, daha sonra isə 83 kq-ı uğurla başı üzərinə qaldıra bilib. Ancaq təəssüf ki, 88 kq-ı ram edə bilməyən gənc idmançımız, bu hərəkətdə 5-ci yeri tutub.
Bununla yanaşı, o, 88 kq-ı qaldırarkən biləyindən zədələnib və təkanla qaldırma hərəkətinə gələ bilməyərək, yarışı yarımçıq bitirməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB