FIFA və YTK Media departamentlərinin birgə seminarı keçirilib

FIFA və YTK Media departamentlərinin birgə seminarı keçirilib

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminə artıq dörd gün qalıb. Siasport.az saytının məlumatına görə, əksər FIFA nümayəndələri, çempionatda iştirak edəcək komandaların bir neçəsi artıq Bakıdadır və hazırlıq işləri sürətlə davam etdirilir.

Bundan əlavə, FIFA və Yerli Təşkilat Komitəsinin müxtəlif departamentlərinin görüşləri, seminarları və tədbirləri keçirilir, qarşılıqlı müzakirələr aparılır. FIFA-nın Bakıdakı baş qərargahında FIFA və Yerli Təşkilat Komitəsinin Media departamentlərinin birgə seminarı keçirilib. FIFA TV, Məlumatın İdarəedilməsi Xidmətləri əməkdaşlarının da iştirak etdiyi tədbirdə FIFA-nın müvafiq qaydaları və tələbləri haqqında danışılıb, detallar müzakirə olunub. FIFA Media meneceri Monika Huserin başçılığı ilə təşkil olunan bugünkü görüş sabah FIFA.com əməkdaşlarının iştirakı ilə davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə