Diyeqo Simeoni Arda Turanı İsrailə aparmadı!

Diyeqo Simeoni Arda Turanı İsrailə aparmadı!

İspaniyanın "Atletiko Madrid" futbol klubunun baş məşqçisi Diyeqo Simeoni, maraqlı qərar qəbul edib. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Avropa Liqasının qrup mərəhələsi çərçivəsində sentyabrın 20-də İsraildə "Hapoel" ilə keçirəcəkləri qarşılaşmaya, komandanın bir çox ulduz futbolçularını aparmayıb. İspaniya mətbuatı xəbər verir ki, baş məşqçinin qərarı ilə Falkao, Arda Turan və Gabi kimi futbolçular Madriddə qalıblar. Bununla D.Simeoni, əsas heyət futbolçularını La Liqada keçiriləcək qarşıdakı ağır oyunlara hazırlaşdırmaq niyyətində olduğunu nümayiş etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə