London "Arsenal"ının fransız baş məqşçisi Arsen Venger, komandanın hollandiyalı forvardı Van Persinin "topçuları" tərk etməsinə sevinir. Siasport.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis, "dumanlı albion" mətbuatına verdiyi açıqlamada bildirib ki, daha gənc futbolçular daima V.Persinin kölgəsində qaldıqları üçün, əsas heyətdə yer ala bilmirdilər: "İndi isə vəziyyət tam fərqlidir. Artıq düşünürəm ki, Van Persinin gedişi, bizim komanda ruhunu qazanmağımız üçün, ən əsası isə gənc futbolçuların özlərini meydanda sübut etmələri üçün əla şans oldu. Artıq hər bir futbolçu meydana çıxıb özünü təsdiqləmıək istəyir ki, bu da güclü və zəmkar komanda ruhunu meydana çıxarır"-deyə A.Venger fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB