Sentyabrın 19-da Peşəkar Futbol Liqası və Topaz arasında Azərbaycan Premyer Liqasının titul sponsorluğu müqaviləsi imzalanacaq. Siasport.az saytının məlumatına görə, "Park İnn" mehmanxanasının "Dan ulduzu" zalında keçiriləcək mərasim saat 15:00-da başlayacaq.
Tədbirdə Fransanın "Lans" klubunun keçmiş prezidenti və Fransa Futbol Federasiyasının vitse-prezidenti Jerve Martel, həmçinin keçmiş futbolçular - Jan Pyer Papen, Olivye Dakur və Jüslen Blonşar iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB