Bakıda keçiriləcək “Qızıl Qran Pri” ilə bağlı mətbuat konfransı keçiriləcək

Bakıda keçiriləcək “Qızıl Qran Pri” ilə bağlı mətbuat konfransı keçiriləcək

Xəbər verdiyimiz kimi, 21-23 sentyabr 2012-ci il tarixdə Bakıda Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi keçiriləcək. Siasport.az saytının məlumatına görə, sayca 5-ci olan yubiley xarakterli bu turnirə hazırlıq işləri barədə sentyabrın 19-u, saat 11.00-da Azərbaycan Güləş Federasiyasında federasiyanın baş katibi, olimpiya dərəcəli hakim Əjdər Cəfərovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə