Sabah "Old Trafford"da İstanbulun "Qalatasaray" futbol klubunu qəbul edəcək "Mançester Yunayted", "cim bom"la qarşılaşmaya ciddi hazırlaşır. Siasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, "qırmışı şeytanların" baş məşqçisi Aleks Fergusyon, artıq rəqibin əsas qol silahlarının zərərsizləşdirilməsi barədə planlar qurur.
İngilis "Mançester Eveninq" qəzeti yazır ki, qocaman şotlandiyalını ən çox qorxudan futbolçu, Umut Buluddur. Belə ki, 1986-cı ildən bu yana "Mançester Yunayted"in sükanı arxasında olan şotlandiyalı baş məşqçi, U.Bulutun ilk hissədə olduqca təhlükəli həmlələr edə bilcəyini düşünür və Vidiçi U.Buluta qarşı "silahlandırmaqla" məşğuldur. "Mançester Eveninq" yazır ki, bu futbolçu şotlandiyalı mütəxəssisin diqqətini daha cox cəlb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB