Sumqayıtda futbol məktəbləri fəaliyyətə başlayıb

Sumqayıtda futbol məktəbləri fəaliyyətə başlayıb

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Açıq Əyləncəli Futbol Məktəblərinin təntənəli açılışı mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, tədbirdə 200 nəfərə yaxın uşaq və 12 məşqçi iştirak edib. Sumqayıtda açılan Açıq Əyləncəli Futbol Məktəbi bu il ölkəmizdə fəaliyyət göstərəcək 10 məktəbdən biridir. Yaxın günlərdə Qusar, Ağdam, Bərdə, Yevlax, Oğuz, Astara, Masallı, Yardımlı və Mingəçevirdə Açıq Əyləncəli Futbol Məktəbləri fəaliyyətə başlayacaq.

Qeyd edək ki, məktəblərdə çalışan məşqçi və liderlər bu il iyulun 8-dən 12-dək Gürcüstanın paytaxtı Tbilsidə və Oğuz rayonunda təşkil olunmuş hazırlıq kurslarında iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə