Türkiyəli pilotlar Qitələrarası Ralli çempionu olub

Türkiyəli pilotlar Qitələrarası Ralli çempionu olub

Qitələrarası ralli çempionatının 10-cu turunda türk motosikletçiləri tarixi qələbəyə imza atıb. Siasport.az saytının məlumatına görə, "Castrol Ford Team"lə Türkiyəni təmsil edən Yağız Avcı və Bahadır Gücənməz cütlüyü Ukraynada təşkil edilən Yalta Rallisini birinci olaraq tamamalayan komanda olub. Ukraynanın Qaradəniz sahillərinin istirahət bölgəsi olan Yaltada təşkil olunmuş 3 günlük yarışın ilk günündə 2 mərhələli mübarizə baş tutub.

Qeyd edək ki, Yalta Rallisində pilotlar ümumilikdə 723 kilometr məsafə qət ediblər. Rallidə 73 komanda yarışıb. Türkiyəni "Ford Fiesta R2" ilə təmsil edən digər pilot Murat Bostancı və Onur Vatansever cütlüyü isə yarışı 7-ci yerdə başa vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə