Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 20-də "Partizan"a qarşı keçirəcək "Neftçi" bu gün səfərə çıxıb. Siasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi saat 11:00-da çarter reysi ilə Serbiyanın paytaxtı Belqrada uçub. 50 nəfərə yaxın nümayəndə heyəti ilə səfərə çıxan "Neftçi"ni 3 saatdan artıq çəkən yol gözləyir. Təxminən 14:20-14:40-da Serbiyaya çatacaq "ağ-qaralar" ilk sınağa klub prezidenti Sadıq Sadıqovla birlikdə yollanıb.
Qeyd edək ki, bakılılar bu gün axşam məşqçini Belqradda keçirməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB