"Xəzər Lənkəran" qarşıdakı 2 ev oyunu Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadionda keçirəcək. Siasport.az saytının məlumatına görə, buna səbəb Azərbaycanda U-17 qızlar arasında keçiriləcək dünya çempionatının bir neçə oyununun "Xəzər Lənkəran" Mərkəzi stadionuna salınmasıdır. Həmin oyunlardan birincisi IV turdan təxirə salınmış "Xəzər Lənkəran" - "Simurq" görüşüdür. Bu matç sentyabrın 20-də saat 17:00-da keçiriləcək. Digər oyun isə Premyer Liqanın VI turu çərçivəsində "Xəzər Lənkəran" - "Bakı" qarşılaşmasıdır. Bu görüş də sentyabrın 25-də həmin məkanda, eyni vaxtda baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB