Çempionlar Liqasında "Mançestr Siti" ilə qarşılaşacaq "Real Madrid" klubu daxilində psixoloji vəziyyət gərginləşib. Siasport.saytının məlumatına görə, Liqada 4 həftə ərzində yalnız bir dəfə qələbə qazanan klubun baş məşqçisi Maurinyo futbolçulara sərt xəbərdarlıq edib. Belə ki, portuqaliyalı məşqçi cari mövsüm sadəcə super kubok qarşılaşmasında gözəl oyun nümayiş etdirdiklərini bildirib. Bundan əlavə komandanın hazırki vəziyyətini belə xarakterizə edib: "İmkan olsaydı "Sevilya" matçında 7 futbolçunu birdən dəyişdirərdim. Təəssüf ki, özünü qələbə üçün irəli atan çox az oyunçum var. Hesab edirəm ki, hazırda komandam yoxdur".
Qeyd edək ki, "Real Madrid" 32-ci çempionluğunu əldə etdiyi ötən mövsüm qalibiyyət rekordu əldə edərək, 100 xal toplamışdı. Qeydə alınan 121 qolla hücumçular adətən rəqib müdafiəsi üçün qorxulu yuxuya çevrilmişdi. Madrid azarkeşləri həmin performansın 2012-2013-cü il mövsümündə də davam edəcəyini gözlədiyi bir vaxtda ümidlər puça çıxıb. Liqanın 4 həftəsini sadəcə 1 qalibiyyətlə tamamlayan "Real Madrid" komandası rəqib meydanında 2-ci məğlubiyyətini həftə sonu "Sevilya" ilə görüşdə alıb. Beləliklə də, komanda hələ liqanın 4-cü həftəsində "Barselona"dan 8 xal geridə qalır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB