Azərbaycan Premyer Liqasının V turunun "Neftçi" ilə səfərdəki oyunu "Xəzər Lənkəran" üçün əlamətdar olub. Siasport.az saytının məlumatına görə, "Böyük oyun"lar tarixində ilk dəfə bu qarşılaşma cənublular üçün yubiley qolu ilə yadda qalıb. Matçda hesabı açan Sadio Tounkara "Xəzər Lənkəran"ın tarixi ərzində vurduğu 500-cü qolun müəllifi olub. Bununla da malili legioner klub tarixinin yubiley qoluna imza atan ilk afrikalı olub.
Qeyd edək ki, Bakıda keçirilən bu görüşədək 308 oyuna çıxan Lənkəran təmsilçisi 499 dəfə fərqlənmişdi. Yubiley qolu hələ ötən turun "Simurq"la oyununda da vurula bilərdi. Lakin matç təxirə salındığından yubiley "Böyük oyun"a qalıb. "Xəzər Lənkəran" bu 500 qoldan 364-nü çempionatda, 111-ni kubokda, 12-ni avrokuboklarda, 13-nü Birlik kubokunda vurub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB