Sentyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Old Trafford"da "Mançester Yunayted"lə qarşılaşacaq "Qalatasaray" klubunda, bu oyuna ciddi hazırlıq prosesi davam edir. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, artıq baş məşqçi Fatih Terim, İngiltərədə meydana çıxacaq futbolçulara xüsusi tapşırıqlar verməyə və onları bu istiqamətdə hazırlamağa başlayıb. "İmperator"un "Mançester Yunayted"in əsas qol silahı sayılan Vidiç və Ferdinandı "bağlamaq" üçün isveçli Yohan Elmanderə xüsusi şəkildə tapşırıq verdiyi və futbolçunun bu tapşırıq əsasında təlim məşq prosesinə başladığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB