Georgi Adamiya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq

Georgi Adamiya 3 həftə yaşıl meydanlardan kənarda qalacaq

"İnter" ciddi itki ilə üzləşib. Siasport.az saytının məlumatına görə, bank klubunun əsas heyət oyunçularından olan Georgi Adamiya sıradan çıxıb.

Gürcü futbolçu "Sumqayıt"la oyundan öncə keçirilən məşqlərdən birində zədə alıb. Bu səbəbdən o, gənclik şəhəri təmsilçisi ilə matçda iştirak etməyib.

Həkim müayinəsindən keçən Adamiyanın zədəsinin ciddi olduğu müəyyənləşib və yaxın günlərdə Almaniyada əməliyyat olunacaq. Bu səbəbdən gürcü oyunçu ən azı 3 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə