Bakı İdman Sarayında keçirilən Avropa Çempionatının seçmə mərhələsində sonuncu oyun Milli komandamız ilə Belarus millisi arasında keçirilib. Siasport.az saytının məlumatına görə, 5 oyunda 5 qələbə qazanan komandamız bu oyunda da voleybol sevərləri qələbə ilə sevindirib. I setdə ilk texniki fasiləyə qızlarımız 08-06 hesabı ilə üstün yollanıb. Məğlubiyyətlə barışmaq istəməyən Belarus millisi ikinci texniki fasilədə üstün olub- 16-13. Gərgin keçən mübarizədən Faiq Qarayevin yetirmələri qalib ayrılıb- 31-29. II hissəyə komandamız yenə üstünlüklə başlayıb, (08-06) ilk texniki fasiləyə komandamız üstün yollanıb. Ikinci texniki fasilə də millimizin xeyrinə (16-13) olub. II hissə komandamız 25-20 hesabı ilə qalib gəlib. III hissəni də 25-20, ümumi hesabda (3-0) qalib gələn voleybolçular Almaniyada və İsveçrədə keçiriləcək 2013 Avropa Çempionatında iştirak edəcək. Bu komandamızın V Avropa Çempionatı olacaq. Bu il Avropa Çempionatının seçmə mərhələsində millimizin heyətində gənc oyunçuların sayı daha çoxdur, bunlar Şəfaqət Həbibova, Ülkər Kərimova, Oksana Ksilyova, Ayşən Abduləzimova. Təəssüflər olsun ki, bu seçmə mərhələdə Oksan Porxomenka, Polinaq Rəhimova aldıqları zədələr səbəbindən komandamıza köməklik edə bilmir. Bütün rəqiblərini 3-0 hesabı ilə məğlub edən komandamıza 2013 Avropa Çempionatında uğurlar arzu edirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB