Türkiyənin Rizə şəhərində yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya çempionu M.Akif Pirimin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, turnirdə iştirak edən Azərbaycan güləşçiləri 1 qızıl və 2 bürünc medal əldə edib.
Məlumat üçün bildirək ki, məşqçi Rasim Ağayevin rəhbərliyi altında turnirdə 3 güləşçimiz qüvvəsini sınayıb. Təmsilçilərimizin hər biri fəxri kürsüdə yer tutub. 50 kq çəkidə mübarizə aparan Elçin Məmmədov bütün rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Akşin Məmmədli (85 kq) və Cavid Feyziyev (100 kq) isə bürünc medala sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB