Xəbər verdiyimiz kimi, Premyer Liqanın 5-ci turuna yekun vuran AZAL – "Qarabağ" oyunu gözlənilməz hesabla başa çatıb. Siasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi 6:2 hesabı ilə məğlub olduqdan sonra Qurban Qurbanov komandasının oyunu haqda danışıb: "AZAL-ı təbrik edirəm. Vaqif müəllim gözəl komanda hazırlaya bilib. Həqiqətən də liderliyə yaraşan komandadır. Bu gün meydançada bir komanda oynayırdı. Bu oyun mənə çox ağır gəldi. Mənə ağır zərbə oldu. Nildo çox gözəl hücumçudur. Komandadan getmək barədə rəhbərliklə danışacağam. Rəhbərlik çox güvənir mənə".
Komandanın gələcək planları haqda da danışan baş məşqçi daxildə problemlərin olduğunu da gizlətməyib: "Komandada dəyişiklik etmək lazımdır. Gələcəyin komandasını formalaşdırmaq istəyirik. Hazırki futbolçularla bağlı problemlərimiz var. Rəhbərliklə bu barədə danışacam. Azarkeşlərimizə təşəkkür edirəm ki, nəticəyə baxmayaraq sona qədər dəstək oldular".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB