İstanbulun "Qalatasaray" futbol klubunun qolkiperi Fernando Muslera, "Qalatasaray" azarkeşi olan xanımların "hücumuna" məruz qalıb. Siasport.az saytı xəbər verir ki, klubun bazasında təlim-məşq prosesini izləmək üçün buraya toplaşan azarkeşlərin içindən 5 qadın fanat qapıçı F.Musleranın üzərinə yürüyərək, onu öpməyə, daha sonra isə yerə yıxaraq zarafatlaşmağa başlayıblar. Yalnız təhlükəsizlik xidmətinin və klub rəsmilərinin müdaxiləsindən sonra, yaraşıqlı qolkiperi xanım azarkeşlərin əlindən almaq mümkün olub. Baş məşqçi Fatih Terim bu baş verənlərdən çox qəzəblənib və azarkeşlərin bir daha təlim-məşq bazasına buraxılmaması haqqında təhlükəsizlik xidmətinə göstəriş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB