Gəncədə Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərovla görüş keçirilib. Siasport.az saytının məlumatına görə, görüşdə şəhər rəhbərliyi, ziyalılar, idmançılar və ictimaiyyət nümayəndələri iştirak edib.
Olimpiya çempionu Toğrul Əsgərovla keçirilən görüşdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov bildirib ki, ötən 8 ay ərzində gəncəli idmançılar müxtəlif idman yarışlarında 215 medal qazanıblar. Onlar Avropa, dünya biriciliklərinin, eləcə də beynəlxalq yarışların qalibi olublar. Onlardan ən əhəmiyyətlisi son olimpiya yarışlarında Azərbaycan komandasının qazandığı ilk qızıl medaldır.
Toğrul Əsgərovun məşqçisi, əməkdar məşqçi, şöhrət ordenli Elçin Zeynalov öz yetirməsinin uğurlarını ölkəmizin idman nailiyyətlərindən biri kimi qiymətləndirib. Akademik Fuad Əliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov və başqaları çıxış edərək olimpiya çempionu Toğrul Əsgərovu təbrik ediblər. Onlar Azərbaycanın yüksələn xətt üzrə dinamik inkişaf etməsinin bu sahəyə dövlətimzin göstərdiyi hərtərəfli qayğı və diqqətin məntiqi nəticəsi olduğunu söyləyiblər. Gəncə ŞİH-nin başçısı Elmar Vəliyev Toğrul Əsgərovun olimpiadada qızıl medal qazanmasının Gəncənin idman tarixində ən şərəfli səhifə olduğunu bildirib və şəhərdə keçiriləcək idman layihələrindən danışıb. İcra Hakimiyyəti adından Toğrul Əsgərova üçotaqlı ev hədiyyə edilib, fəxri fərman təqdim olunub. Əməkdar məşqçi Elçin Zeynalov isə avtomobillə mükafatlandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB