"Mançester Yunayted"i öz meydanında məğlub edəcəyik"

"Mançester Yunayted"i öz meydanında məğlub edəcəyik"

İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Yohan Elmander, "Mançester Yunayted"lə keçirəcəkləri qarşılaşma barədə fikirlərini açıqlayıb. Siasport.az saytı xəbər verir ki, bir neçə il bundan əvvəl İngiltərənin "Bolton" futbol klubunun kapitanı olan Y.Elmander, "qırmızı şeytanları" yaxşı tanıdığını və bu üzdən qarşılaşmaya ehtiyatlı taktika ilə çıxacaqlarını dilə gətirib: "onları yaxşı tanıyıram. Ser Aleks Ferguson bu komandada illərdir ki, hiyləgər və mükəmməl taktika qura bilib. Burası belədir. Onların oyununu "oxumaq" da çox çətindir. Amma orası da var ki, hər bir "qalatasaray"lı futbolçu, "Mançester Yunayted"i öz meydanında məğlub etmək üçün meydana çıxacaq. Biz bunu bacaracayıq"-deyə isveçli futbolçu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə