İstanbulun "Qalatasaray" futbol klubu bu gün kritik qarşılaşmaya çıxacaq. Siasport.az saytı xəbər verir ki, İstanbul nəhəngi, ardıcıl iki mövsümdür ki, məğlub edə bilmədiyi "Antalyaspor"un qonağı olacaq. Bu qarşılaşmanın əhəmiyyətini artıran digər əsas bir məqam isə "qalatasaray"lı futbolçuların "Mançester Yunayted"lə keçiriləcək qarşılaşma öncəsi psixoloji durumları ilə bağlıdır. Yəni "cim bom" Antalya səfərindən qələbə ilə qayıda bilsə, bu amil İngiltərədə keçiriləcək qarşılaşmada "Qalatasaray"ın qələbəsi üçün böyük əhəmiyyət daşıyacaq. Əks təqdirdə isə, Fatih Terimin İngiltərədə "qırmızı şeytanlarla" mübarizəsi çətin olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB