Emenike "Barselona"ya meydan oxudu!

Moskvanın "Spartak" futbol klubunun forvardı Emmanuel Emenike, bir neçə gündən sonra UEFA Çempionlar Liqası çərçivəsində qarşılaşacaqları "Barselona" klubuna meydan oxuyub. Siasport.az saytı xəbər verir ki, bu barədə Türkiyənin "Ligtv.com.tr" idman saytı xəbər verir. Saytın yazdığına görə keçmiş "Fənərbaxça"lı rusiyalı jurnalistlərlə söhbətində bildirib ki, onun komandası əsl gücünü "Nou Kamp"da ortaya qoyaraq, "Barselona"ya qalib gəlməyə çalışacaq: "İndi "Barselona" kimi komandalar bizi ciddi hesab etmir, bəzən bizə yuxarıdan aşağı baxırlar. Amma "Nou Kamp"da keçiriləcək qarşılaşmada biz göstərəcəyik ki, onların düşündükləri qədər də zəif komanda deyilik. Biz "Barselona"nı öz meydanında məğlub etmək gücündəyik"-deyə E.Emenike bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə