Bu gün Azərbaycan – Avstriya yığması ilə qarşılaşacaq

Bu gün Azərbaycan – Avstriya yığması ilə qarşılaşacaq

Bu gün voleybol üzrə qadınlar arsında keçirilən Avropa Çempionatının seçmə mərhələsinin II dövrəsində növbəti oyunlar keçiriləcək. Siasport.az saytının məlumatına görə, Bakı İdman sarayında keçirilən oyunlar İdman Azərbaycan kanalı ilə canlı yayımlanır.

Bu gün isə ilk olaraq meydana Belarus və Finlandiya yığmaları çıxacaq. Görüşə saat 16:00-da start veriləcək. Günün digər qarşılaşması isə saat 18:30-da Avstriya – Azərbaycan arasında keçiriləcək. Ümumilikdə komandaların qazandıqları xallar isə belədir:

1.Azərbaycan – 12 xal (12:0),

2.Belarus – 9 (9:4),

3.Finlandiya – 0 (4-9),

4.Avstriya – 0 (0:12).

Xatırladaq ki, II dövrənin oyunlarında millimiz Fillandiya yığması ilə görüşdə təmiz qələbəyə imza atıb - 3:0.

Bütün xəbərlər Facebook səhifəmizdə