“Qəbələ” “Kəpəz”dən 1 xal qoparda bildi

“Qəbələ” “Kəpəz”dən 1 xal qoparda bildi

Əvəzedicilərin çempionatının 5-ci turu çərçivəsində Gəncədə "Qəbələ" yerli "Kəpəz"lə üz-üzə gəlib. Siasport.az saytının məlumatına görə, oyuna Matça Luis Araqonun yetirmələri daha sürətli başlayıb. Ard-arda təhlükəli epizodlar yaradan "Qəbələ" ilk hissədə üstün tərəf olub. Bunun məntiqi nəticəsi kimi ilk 45 dəqiqədə qonaqlar meydan sahiblərini iki dəfə mərkəzə dəvət ediblər. Rey Məmmədbəylinin dublu ilk yarını "Qəbələ"nin aktivinə yazıb.

İkinci hissədə isə "Kəpəz" daha yaxşı təsir bağışlayıb. Hissə ərzində iki dəfə fərqlənən gəncəlilər status-kvonu bərpa ediblər və matç 2:2 hesabilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə