"Neftçi"nin əvəzediciləri qələbə qazanıb

"Neftçi"nin əvəzediciləri qələbə qazanıb

"Neftçi"nin əvəzedici komandası növbəti qələbəsini qazanıb. Siasport.az saytının məlumatına görə, çempionatın V turunda "Xəzər Lənkəran"ı qəbul etmiş "Neftçi" rəqibini 4:0 hesabı ilə məğlub edib. Flaqmanın heyətində İlham Allahverdiyev dubl edib. Cavid Muxtarzadə və Elnur Soltanlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, bu qələbədən sonra "Neftçi" 12 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə