"Neftçi" fanatları Ruslan Abışov üçün təxribat hazırlayıb". Siasport.az saytının məlumatına görə, bu sözlər az öncə "Xəzər Lənkəran" klubunun "Facebook" sosial şəbəkəsindəki azarkeş qrupunda yayılan xəbərdə yer alıb. Paylaşılmış məlumatı olduğu kimi nəzərinizə çatdırırıq:
"Neftçi" fanatları Ruslan Abışov üçün təxribat hazırlayıb!
Azərbaycan milli komandasının vitse-kapitanlarından olan Ruslan Abışov karyerası ərzində ilk dəfə "Neftçi" klubuna qarşı oynayacaq. Yay transfer dönəmində səs-küylü bir şəkildə "Xəzər Lənkəran"a keçən Abışov sentyabrın 15-də "böyük oyun"un iştirakçısı olacaq.
Bizdə olan məlumata görə, "Neftçi" fanatları Abışov üçün təxribat hazırlayıblar. Belə ki, onlar Abışovu fitə basmaqla yanaşı, onun "Neftçi"də geyindiyi formadan adını cırıb, yandırmağı da düşünürlər. Lakin Abışov bildirib ki, peşəkar futbolçuya xas hərəkət edəcək və azarkeşlərin hər mövqeyinə hörmətlə yanaşacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB