"Rəqib güclü komanda idi. Ona görə də əks hücumda oynayırdıq". Siasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" - "Turan" oyunundan sonra Tovuz klubunun baş məşqçisi Əsgər Abdullayev deyib. O, futbolçularının əzmkarlıq göstərdiyini bildirib: "Bakı" 3 xal üçün oynayırdı. Biz də buna görə rəqibi əks hücumda yaxalamaq istəyirdik. Komandamda müəyyən çatışmazlıqlar var. Futbolçularıma əzmkarlıq göstərdiklərinə görə təşəkkür edirəm. İlk hissədə daha təcrübəli Hafiz Əliyevi meydançaya buraxdım ki, topu daha çox saxlaya bilək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB