Bojidar Bandoviç: "Bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir"
Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasında V turun ilk oyun günündə "Bakı" "Turan"ı qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Siasport.az saytının məlumatına görə, oyundan sonra paytaxt təmsilçisinin baş məşqçisi Bojidar Bandoviç matç barədə fikirlərini bidirib: "İkinci qələbəmizi qazana bilərdik. Komandam yaxşı mübarizə apardı. Rəqibimiz müdafiədə oynamağa üstünlük verirdi və qol buraxmamağa çalışırdı. İkinci hissədə çox tez qol buraxdıq. Qol vurmaq üçün bir neçə şansımız olsa da, istifadə edə bilmədik. Futbolçularıma heç bir iradım yoxdur. Bu futboldur - bəzən elə olur ki, yaxşı oynayan komanda da qalib gələ bilmir. Tam müdafiədə oynayan komandaya qarşı mübarizə aparmaq çətindir. Qarşıdakı turlara daha yaxşı hazırlaşmağa çalışacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB