Azərbaycan yığması Finlandiyanı məğlub etdi

Azərbaycan yığması Finlandiyanı məğlub etdi

Voleybol üzrə qadınlar arasında keçirilən Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi çərçivəsində növbəti oyun keçirilib. Siasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunan yarışda Azərbaycan millisi Finlandiya yığmasını qəbul edib.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda voleybolçularımız 3:0 (25:23, 25:19, 25:20) hesabı ilə qalib gəliblər. Komandalar arasında Finlandiyada keçirilmiş ilk oyun da millimizin 3:0 hesablı üstünlüyü ilə başa çatmışdı.
Millimiz növbəti oyununu sentyabrın 15-də Avstriya yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə