Bir neçə gündən sonra öz meydanında "neftçi" ilə görüşəcək Serbiya "Partizan"ında, bu qarşılaşmaya ciddi hazırlıq davam edir. Siasport.az saytı xəbər verir ki, bu komandanın futbolçuları və rəsmiləri, Bakı təmsilçisini hədələyən açıqlamalarla çıxış edərək, bir növ komandamıza psixoloji təzyiq göstərməyə çalışırlar. "Partizan" klubunun kapitanı Saşa İliç də Serbiya mətbuatına açıqlamasında qeyd edib ki, onlar Avropa Liqasının ilk qrup qarşılaşması çərçivəsində "Neftçi" ilə keçirəcəkləri oyuna final kimi yanaşırlar: "Hazırda Serbiya çempionatında turnir cədvəlinin ikinci pillədə qərarlaşmışıq. Bu yaxşı nəticədir. Lakin həftəsonu "Hayduk"la qarşılaşacağıq. Ardından isə bizi Avropa Liqasında "Neftçi" ilə çətin oyun gözləyir. Məlum məsələdir ki, Avropada zəif rəqib və asan görüş olmur. Ona görə də bütün oyunlara ciddi yanaşırıq. Düşünürəm ki, bu mövsüm daha öncəki illərdən daha uğurlu çıxış edəcəyik. Bu baxımdan "Neftçi" ilə oyun bizim üçün final xarakteri daşıyacaq. Çünki ilk görüşdə qələbə qazanmaq vacibdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB