Bu gün futbol üzrə əvəzedici heyətlər arasında keçirilən Azərbaycan birinciliyinin 5-ci turu çərçivəsində "İnter" "Sumqayıt" klubu ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, "Şəfa" stadionunda baş tutan oyun 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb. "İnter"in yeganə qolunun müəllifi Mirsahib Abbasov olub.
Qeyd edək ki, 5 turdan sonra Tofiq Mustafayevin yetirmələrinin aktivində 10 xal var. Paytaxt təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Onu da nəzərinizə çatdıraq ki, növbəti turda "İnter"in əvəzedici heyəti AZAL-la üz-üzə gələcək.
"İnter" - "Sumqayıt" 1:3
Qollar: Mirsahib Abbasov, 36 // Aqşin Muxtaroğlu, 27; Aydın Qasımov, 46; 65
Hakimlər: Samir Hüseynov, Rauf Məmmədov, Amil Qasımov, Rəşad Əhmədov
Hakim-inspektor: Vaqif Sadıxov
"Şəfa" stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB