“Azərreyl”in hazılıq planı dəyişdi

“Azərreyl”in hazılıq planı dəyişdi

Bakının qadınlardan ibarət "Azərreyl" voleybol klubunun hazırlıq planında dəyişiklik edilib. Siasport.az saytının məlumatına görə, yeni mövsümdə Çempionlar Liqası və Super Liqa yarışlarında çempionluğu hədəfləyən klub sentyabrın 14-17-də Polşada Aqata Mroz-Olşevskayanın xatirəsinə həsr olunan IV beynəlxalq turnirdə iştirakdan sonra Vətənə qayıtmayacaq.
Baş məşqçi Alessandro Çiappinin yetirmələri həmin yarışdan sonra "Fənərbaxça" (Türkiyə) ilə qarşılaşacaq və ardından yenə beynəlxalq turnirdə qüvvəsini sınayacaq.
Voleybolçularımız ilk yarışda Polşanın "Tauron", Serbiyanın "Srvena Zvezda" və Rusiyanın "Dinamo" (Moskva) klubları ilə oynayacaqları halda, Vrotslavda təşkil olunacaq turnirdə "Dresdner" (Almaniya), "Fənərbaxça" (Türkiyə) və "İmpel" (Polşa) komandaları ilə gücünü yoxlayacaqlar.
Qeyd edək ki, Bakı təmsilçisinin qüvvəsini sınayacağı ikinci turnir sentyabrın 21-23-də keçiriləcəkdir

Bütün xəbərlər Facebook səhifəmizdə