Almaniyada Heydər Əliyev adına dünya kəməri uğrunda boks turniri keçiriləcək
Bu gün Almaniyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçiriləcək. Siasport.az saytının məlumatına görə, ağır çəkidə "Alman palıdı" ləqəbli Timo Hofmann və Stefan Kretchman Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan dünya kəməri uğrunda mübarizə aparacaqlar. Turnir "Eurosport" televiziya kanalı tərəfindən yayımlanacaq.
Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan azərbaycanlı idmançıları bir araya gətirmək, ulu öndər Heydər Əliyevin idmanla bağlı tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan azərbaycanlı idmançılar arasında dostluq əlaqələrini möhkəmləndirmək, ümummilli liderin adını daşıyan kəmərləri dünyanın ən məşhur kəmərləri sırasına çıxarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB