Mişel Platini yenə Türkiyəni hədələdi!

Mişel Platini yenə Türkiyəni hədələdi!

UEFA prezidenti Mişel Platini, yenə Türkiyəyə sərt xəbərdarlıq edib. Siasport.az saytı xəbər verir ki, M.Platini Türkiyənin həm 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatına, həm də Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyinin mümkünsüz olduğunu bildirib. M.Platini "Mən Türkiyənin futbol üzrə Avropa Çempionatına ev sahibliyini dəstəkləyəcəyimi demişdim. Amma bu Olimpiya Oyunlarına şamil olunmamalıdır. çünki iki böyük tədbiri bir vaxta keçirmək mümkünsüzdür. Türkiyə bunlardan sadəcə birini seçməlidir." deyə fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə