Gənc cüdoçularımız Avropa çempionatında

Gənc cüdoçularımız Avropa çempionatında

Sentyabr ayının 21-də Xorvatiyanın Porec şəhərində gənclər arasında Avropa çempionatına start veriləcək. Siasport.az saytının məlumatına görə, üç gün davam edəcək qitə birinciliyində respublikamızı gənclərdən ibarət yığma komandamızın məşqçiləri Fərhad Məmmədov və Azər Şıxəliyevin rəhbərliyi altında 11 cüdoçumuz - Əlməmmədov Rasim, Sadıqov Mehman (hər ikisi -55 kq), Talışinskiy İsgəndər, Rufullayev Rəşad (hər ikisi -60 kq), Mehdiyev Musa, Cəlilov Cəlil (hər ikisi -66kq), Səfərli Afiq, Rəhimli Hüseyn (hər ikisi -73 kq), Rəsullu Abdulhaqq, Mehdiyev Məmmədəli (hər ikisi -81 kq) və Həsənov Əlixan (-100 kq) təmsil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə