Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə AFFA tərəfindən FİFA standartları səviyyəsində tikilmiş yeni stadion bu gün istifadəyə verilib. Siasport.az saytının məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olunub. Azərbaycanın birinci xanımı rəmzi açılışı bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirilib ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcəklər. Dünya Çempionatından sonra burada Azərbaycanın birinci divizionunun komandalarının oyunları keçiriləcək.
Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban xanım Əliyeva onlarla səmimi söhbət edib. Azərbaycanın birinci xanımına millimizin rəsmi köynəyi hədiyyə olunub. Heydər Əliyev Fondunun prezidenti milli komandamızın oynayacağı topun üzərinə uğur imzası atıb və futbolçu qadınlarla xatirə şəkli çəkdirdib.
Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban xanım Əliyevaya məlumat verilib ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.
Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB